ATƏT sədrilə Lavrov Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

  • By admin
  • 12 Yanvar 2017 17:10

zaxarova

Avstriyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Sebastian Kurz yanvarın 17-18-də Moskvaya səfər edəcək.

Gununsesi.info-nun “rian.ru”ya istinadən məlumat verir ki, bu barədə bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, ATƏT sədri rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

Görüşdə Rusiya-Avstriya münasibətləri, ATƏT çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Bundan başqa, ATƏT məkanındakı münaqişələr, o cümlədən Daglıq Qarabag problemi və Ukrayna məsələsi də müzakirə mövzusu olacaq.

Gununsesi.info