
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkiləri ilə bağlı ilkin qiymətləndirməsini elan edəcək.
Bu barədə qurumdan Gununsesi.info-nun elektron poçtuna göndərilən məlumatda deyilir.
Xəbərə görə, Müşahidə Missiyası 29 Mart tarixində ilkin mövqeyini açıqlayacaq.
Müşahidə Missiyasına Səfir Yan Petersen rəhbərlik edir.
Afət
Gununsesi.info