Əgər ATƏT-in Minsk Qrupu ilə bağlı prosessual məsələlərdən ciddi danışırıqsa, o zaman rusiyalı həmsədrin bəyanatına əsaslanıb reaksiya verməyə borcluyuq.
Gununsesi.info xəbər verir ki, bunu keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Rusiya rəsmilərinin Minsk Qrupunun ləğvi barədə açıqlamalarını şərh edərkən deyib.
“ATƏT-ə üzv dövlətlərə aşağıdakı məzmunda sirkulyar notanın göndərilməsini təklif edirəm:
“Bildiririk ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçiliyə dair müraciəti qüvvədən düşüb. Daimi Şuradan xahiş edirik ki, bu qərardan irəli gələn texniki və maliyyə məsələlərini həll etsin”, – politoloq qeyd edib.
Gununsesi.info