“Atəşkəs rejiminə yalnız kağızda əməl olunur” - Kerri narahatdır

  • By admin
  • 27 Avqust 2016 01:27

b5feca402895410b3539cb7fd41e54be

İsveçrənin Cenevrə şəhərində Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında görüş başa çatıb.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, danışıqlar fasilələrlə 12 saatdan çox davam edib.

Tərəflərin əsas müzakirə mövzusu Suriya böhranı və onun aradan qaldırılması olub.

Sonra Lavrov və Kerri danışıqların yekunların dair birgə mətbuat konfransı keçiriblər

“Sergey Lavrovla görüşümüz məhsuldar və konstruktiv keçib”. Bunu isə C. Kerri Rusiya  mətbuat konfransında bəyan edib.

“Suriyada atəşkəs rejiminin pozulması adi hal alıb. Atəşkəs rejiminə yalnız kağızda əməl olunur. Odur ki, razılaşmaya yenidən baxılmalıdır”- deyə, C.Kerri bildirib. Onun sözlərinə görə, danışıqlarda diqqət mərkəzində Suriya böhranı olsa da, digər məsələlərə, o cümlədən, Ukraynadakı vəziyyətə də toxunulub.

Gununsesi.info