ATƏT-dən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

  • By admin
  • 03 Avqust 2022 19:06

“Cənubi Qafqazda silahlı insidentlər və insan itkiləri ilə bağlı xəbərlərdən son dərəcə narahatıq”.

Gununsesi.info xəbər verir ki, bu barədə ATƏT-in Polşa sədrliyi Twitter hesabında açıqlama yayıb.

“Biz Azərbaycan və Ermənistanı gərginliyin azaldılması, dialoqun bərpası üçün bütün lazımi tədbirləri görməyə çağırırıq. Biz regionda sülhün möhkəmləndirilməsinə yönəlmiş bütün səyləri dəstəkləməkdə qərarlıyıq”, – paylaşımda deyilir.

Bu gün Azərbaycan Ordusu tərəfindən antiterror əməliyyatı keçirilib. Erməni mediasında yayılan məlumatlara görə, əməliyyat nəticəsində 4 silahlı məhv edilib, azı 15 separatçı isə yaralanıb.  Antiterror əməliyyatına Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin növbəti dəfə atəşkəsi pozmasından sonra başlanılıb.

Gununsesi.info