“ATƏT-in Minsk qrupu ermənilərin qanunsuz məskunlaşdırma siyasətinə reaksiya verməyib” - HİKMƏT HACIYEV

  • By admin
  • 30 Oktyabr 2020 14:46

Ermənistan tərəfindən işğal altında olan ərazilərdə qanunsuz məskunlaşma siyasəti həyata keçirilib.

Gununsesi.info-nun Oxu.Az-a istinadla məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, ATƏT-in Minsk qrupunun qarşısında bu məsələ qaldırılsa da, buna zəruri və adekvat reaksiya verilməyib:

“Yaxın Şərqdə olan erməni əsilli insanlar işğal altında olan torpaqlarımızda məskunlaşdırılıb”.

“Beynəlxalq hüquqa əsasən, işğalçı dövlət tərəfindən maddi-mədəni irsin, demoqrafik tərkibin dəyişdirilməsi, həmin ərazilərin qazanc məqsədi ilə istifadə edilməsi də qadağan edilmiş hallardır.

Bunların hər biri müharibə cinayəti kimi təsnif edilməlidir”, – deyə H.Hacıyev qeyd edib.

 

 

Gununsesi.info