ATƏT Rusiyanın hərbi fəallığına dair müzakirə aparacaq

  • By admin
  • 14 Fevral 2022 16:16

ATƏT Ukrayna ilə Rusiya arasındakı gərginliklə bağlı fevralın 15-də məsləhətləşmələr keçirəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Polşanın ATƏT-dəki sədrliyinin tviter hesabında məlumat paylaşılıb:

“Ukrayna Polşanın ATƏT-dəki sədrliyindən fövqəladə hərbi fəallaşma ilə bağlı Rusiya və başqa maraqlı dövlətlərlə görüş keçirməyi xahiş edib.

Bu görüş çərşənbə axşamı Vyana Sənədinə əsasən çağırılacaq”.

 

 

 

Gununsesi.info