![](https://www.gununsesi.info/wp-content/uploads/2021/11/qeza-1.jpg)
Qaxda yola çıxan at ilxısı qəzaya səbəb olub.
Gununsüsi.infonun məlumatına görə, axşam saatlarında Qax rayonunun İlisu kənd sakini, 1960-cı il təvəllüdlü Mürüdov Şakir Müzəffər oğlu idarə etdiyi “VAZ2107” markalı minik avtomobili ilə Qax şəhərindən İlisu kəndi istiqamətində hərəkətdə olarkən qarşısına at ilxısı çıxıb.
Sürücü Şakir Mürüdov atları vurmamaq üçün avtomobili qaçırsa da, idarəetmədən çıxan maşın yol kənarındakı beton maneəyə çırpılıb.
Gununsüsi.info