Ata 5 yaşlı oğlunu avtomobillə vurdu

  • By admin
  • 01 İyun 2022 09:48

Abşeron rayonunda ata 5 yaşlı övladını avtomobillə vurub.

Gununsesi.info Report-a istinadla xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. Vuqar Mehdiyev idarə etdiyi avtomobilini arxaya verərkən ehtiyatsızlıqdan 5 yaşlı oğlu Renat Mehdiyevi vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Gununsesi.info