Dövlət Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyat zamanı həbs edilən Ata Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib.
Gununsesi.info xəbər verir ki, Səbail rayon məhkəməsinin hakimi Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə istintaqın təqdimatı təmin edilərək, Ata Abdullayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Məhkəmə prosesində çıxış üçün söz verilərkən Abdullayev zalda diz çöküb yalvararaq hakimdən onu bağışlamasını xahiş edib.
Ata Abdullayev Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə; təkrar törədildikdə) maddələri ilə ittiham edilir.
İlkin məlumata görə, A.Abdullayev 6 vətəndaşı şantaj edərək onlardan pul alıb. İstintaq gedişində zərərçəkmişlərin sayının artması istisna edilmir.
Gununsesi.info