Özünü videobloger kimi təqdim edən Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Ata Abdullayev məmurları şantaj edərək külli miqdarda pul tələb edirmiş.
O, çoxsaylı şikayətlər əsasında iş başında tutulub.
Sabah isə Ata Abdullayevin məhkəməsi keçiriləcək.
Gununsesi.info-nun araşdırmaları zamanı məlum olub ki, Ata Abdullayevə Cinayət Məcəlləsinin 182- ci maddəsi (Hədə-qorxu ilə tələb etmə) cinayət işi açılıb.
Gununsesi.info