Ata altı yaşlı qızını keçi və yemək əvəzində ərə verdi

  • By admin
  • 07 Avqust 2016 15:20

toy

 

Əfqanıstanda ata yetkinlik yaşına çatmayan qızını keçi, bir kisə düyü, çay, qənd və günəbaxan yağı əvəzinə ərə verib. Gununsesi.info xarici mediaya istinadən bildirir ki, 6 yaşlı qızın əri 55 yaşlı Seyed Abdulkərimdir. Yerli polis kişini həbs edib. “Gəlinin” atası isə axtarışdadır.

Hüquq-mühafizə orqanlarının diqqətini baş verən olaya yerli jurnalist Favad Axmadi cəlb edib. Onun sözlərinə görə, yetkinlik yaşına çatmayanlarla nikah Əfqanıstanda geniş yayılıb, ancaq nadir halda açıq şəkildə törədilir.

Əfqanıstan qanunvericiliyinə görə nikaha qadınlar yalnız 16, kişilər 18 yaşında girə bilərlər.

 

Gununsesi.info