Ata-ana və iki övladı dəm qazından zəhərlənib - HACIQABULDA

  • By admin
  • 30 Yanvar 2017 10:20

qaz

Hacıqabulda bir ailənin ikisi azyaşlı olmaqla 4 üzvü dəm qazından zəhərlənib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, Hacıqabul şəhəri 20 yanvar küçəsində yaşayan rayon sakinləri – 1990-cı il təvəllüdlü Hüseynov Əfqan Rza oğlu, 1994-cü il təvəllüdlü Hüseynova Səadət Zahir qızı, onların övladları – 2011-ci il təvəllüdlü Hüseynli Şükran, 2013-cü il təvəllüdlü Hüseynli Rza dəm qazından zəhərlənmə diaqnozu ilə Hacıqabul Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirliblər.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info