Ata az pul qazandığı üçün oğlunu döyüb, onu tanınmaz hala salıb - VİDEO

  • By admin
  • 13 Mart 2017 23:31

ata ogul doy

Bir neçə gündür ki, sosial şəbəkələrdə paylaşılan bir foto demək olar ki, hər kəsin marağına səbəb olub. Bir ata övladı az pul qazanır deyə ona döyərək işgəncə verib. Gununsesi.info məlumat verir ki, Xəzər TV-nin əməkdaşları həmin ata və oğulla görüşüblər.

Öncə döydü, daha sonra hirsi soyumadığı üçün hətta başını küt qayçıyla qırxdı. Bakıda ata oğlu az pul qazanır deyə, onu bu günə qoydu. Elxan İbadov atası tərəfindən zorakılığa məruz qalıb. Beləki, evə az pul gətirdiyi və atasının istəklərini tam yerinə yetirə bilmədiyi üçün atası onu bu hala salıb. Döyüləndən sonra isə Elxan bir təhər özündə güc toplayıb və evdən qaçıb.

Elxanın sözlərinə görə, atasının ona qarşı törətdiyi ilk belə hal deyil. Daim atası tərəfindən bu tip zorakılıqlara məruz qalır. Səbəb isə hər zaman dəyişmir niyə az pul qazanırsan?

Onun isə indi tək istəyi atasının atalıq hüququndan məhrum olmasıdır. Məsələ ilə bağlı Elxanın atası Siyab müəllimlə görüşdük. O oğluna qarşı törətdiyi zorakılığı təsdiqləyib və bunu niyə etməsini isə belə əsaslandırıb.

Siyab İbadovun sözlərinə görə, hər bir övladın borcu atasına baxmaq onun sözündən çıxmamaqdır. Əgər övlad bunlara riayət etmirsə o zaman cəzasıda belə olur.

Kimin haqlı kimin haqsız olduğunu bilməsəkdə amma dəyişməyən bir fakt varki, heç bir günahın cəzası bu şəkildə olmamalıdır. Valideyn övladı döyərək yox, ona düzgün yolu başa salaraq tərbiyələndirməlidir.

Gununsesi.info