Ata-balanın bıçaqlandığı dava toyda başlayıbmış - Video

Paytaxtın Xəzər rayonunda 1995-ci il təvəllüdlü Amil Hikmət oğlu Cahangirov və onun atası, 1970-ci il təvəllüdlü Hikmət Əlihüseyn oğlu Cahangirov bıçaqlanıb.

Gununsesi.info Baku TV-yə istinadən xəbər verir ki, hadisəsinin bəzi detalları məlum olub.

Xəsarət alanların qohumu Zaur Kərimovun sözlərinə görə, toyda qonşular arasında mübahisə yaranıb:

“Toydan sonra Amil və atası evlərinə gediblər. Daha sonra onları “söhbətə” çağırıblar, özləri ilə də bıçaq gətiriblər. Atasına üç, Amilə isə altı bıçaq xəsarəti yetiriblər”.

Xatırladaq ki, hadisə zamanı 29 yaşlı A.Cahangirova 8 bıçaq zərbəsi vurulub. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Həmin süjeti təqdim edirik: