Ata evindən 12000 mana və 4000 min manatlıq qızıl oğurlayan qız saxlanıldı

  • By admin
  • 16 İyun 2017 12:31

manat11

Bu il aprel ayının 15-dən iyunun 14-dək olan müddətdə Nərimanov rayonu ərazisindəki mənzillərdən birindən naməlum şəraitdə 12.000 manat pul və 4.000 manat dəyərində qızıl əşyalar oğurlanıb.

Gununsesi.info DİN-in saytına istinadən verdiyi məlumata görə, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibəsinin qızı saxlanılıb və izahatı alındıqdan sonra buraxılıb.

Gununsesi.info