Ata oğlunu güllələyib

  • By admin
  • 18 İyul 2016 12:25

ATA

 

Biləsuvarda ata oğlunu güllələyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, iyulun 16-da Biləsuvar rayonunda yaşayan Qərib Xanhüseynov evində ailə-məişət münaqişəsi zəminində tüfəngdən atəş açaraq oğlu Xəqaniyə ayaq nahiyələrindən xəsarət yetirib.

Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Xanhüseynov saxlanılıb, hadisəni törədərkən istifadə etdiyi “İJ-58” markalı tüfəng götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info