Ata olan şəxslərə 14 günlük məzuniyyət veriləcək

  • By admin
  • 12 Sentyabr 2019 09:33

İsveçrədə ata olan kişilər iki həftəlik məzuniyyət alacaq. Buna ölkənin Milli Şurası səs verib. Gununsesi.org-un “RTS” telekanalına istinadən məlumatına görə, bu vaxt ərzində onlar həyat yoldaşlarına yeni doğulmuş körpəyə baxmaqda kömək edə biləcək.

Qanun layihəsinin lehinə 129 nəfər, əlehinə isə 62 nəfər səs verib. Jurnalistlərin sözlərinə görə, ideyaya 20 il və parlamentdə 30-dan çox təşəbbüs tələb olunub.

Qeyd edək ki, Avropa Şurası üzv ölkələrinin bir çoxunda atalıq məzuniyyəti var. Onlar bir-birindən davamlılıq müddəti və verilən müavinətin miqdarı ilə fərqlənir.

Gununsesi.org