“Ata qanun və hüquq qarşısında cavab verəcək?” - Deputat atası tərəfindən zəncirlənmiş qızdan yazdı

  • By admin
  • 15 Oktyabr 2016 10:47

qanira-yeni

“Atasının 8 il tövlədə zəncirdə saxladığı qızla bağlı Xoşqədəm xanımın verlişini canlı izləməmişdim.Yayılan xəbərlərdən dəhşətə gəldim və proqramı izlədim. Gördüklərim məni dəhşətə gətirdi. Bir valideyn bunu necə edə bilər?”

HTML tutorial

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva öz “Facebook” statusunda yazıb.

“8 il ərzində atanın bu etdiklərindən qohumların, qonşuların, kəndin rəsmi qurumlarının doğurdanmı xəbəri olmayıbmı?İnsanlıqdan kənar bu hadisəyə niyə seyrçi qalıblar? Ola bilməz ki, heç kimsənin xəbəri olmasın.Olubsa nədən müvafiq qurumlara xəbər verməyiblər?”-deyə, qeyd edən millət vəkili yazıb ki, bu sualların hamısına cavab tapılmalıdır.Tapılmalıdır ki cəmiyyət olaraq harada yanlış etdiyimizin fərqində olaq.

Onun qeyd etdiyinə görə, çünki bəzən bizim cəmiyyət olaraq laqeyidliyimiz, “mənə nə?” düşüncəsi ilə hərəkət edənlərin artması bir çox faciələrin zamanında qarşısını ala bilməmizdə bizə ciddi əngəl olur.

“Ata qanun və hüquq qarşısında cavab verəcək? Bəs 8 il bunu görüb səsini çıxarmayanlar, lazımi qurumlara xəbər verməyənlər, əgər xəbəri olubsa ölçü götürməyənlər necə vicdanları qarşısında cavab verə biləcəklərmi?

İnanmıram… Toplum olaraq ətrafımızda baş verən insanlığa yaraşmayan hərəkətlərə, addımlara seyrici qalmamalıyıq,gördüyümüz zamanı lazımi qurumlara xəbər verməliyik, onlar isə zamanında addımlar atmalıdırlar ki sonra bu cür üzücü faciələrlə rastlaşmayaq. Allah o qızın yardımçısı olsun. Ümid edirəm ki,  müvafiq qurumlar ona mənəvi, psixoloji və hüquqi bütün dəstəkləri göstərəcəklər”-deyə, millət vəkili sonra yazıb.

K. HƏMZƏOĞLU

Gununsesi.info