Ata qızı ilə 12 ildən sonra qovuşdu

  • By admin
  • 11 İyul 2021 22:10

Suriyada Bəşər Əsəd rejimi tərəfindən 2009-cu həbs edilən suriyalı siyasətçi Ammar Heydər o gündən görmədiyi qızı Mərvəyə 12 il sonra qovuşub.

Gununsesi.info “TRT Haber”e istinadla xəbər verir ki, Suriyanın Hama şəhərində doğulan 58 yaşlı Ammar gənclik illərindən antidemokratik Əsəd sülaləsinə qarşı müxalifətə keçib. 80-ci illərdən siyasi fəaliyyətə başlayan A.Heydər buna görə bir neçə dəfə həbs cəzası alıb. 2009-cu ildə 2 il məhbus həyatı yaşayıb. Həbs etməklə kifayətlənməyən Əsəd rejimi onun qızı və həyat yoldaşına da təzyiqlər etməyə başlayıb. Suriyada inşaat işləri görən və maddi vəziyyəti yaxşı olan Ammar təzyiqlərlə əlaqədar həyat yoldaşı və qızını İordaniyaya göndərib.

2011-ci ildə vətəndaş müharibəsindən sonra çıxan əfvlə azad edilən Ammar Heydər ailəsinin yanına getməyib. O, Suriya müxalifətilə birlikdə Əsəd rejiminə qarşı mübarizə aparıb. 2014-cü ilə qədər bu mücadiləni davam etdirən və eyni il təkrar həbs olunaraq yenə bir müddət həbsxanada yatan Heydər İordaniya siyasi mühacir qəbul etmədiyi üçün 2015-ci ildə Türkiyəyə gedib.

Bu gün 28 yaşlı qızı Mərvə o zaman hələ 16 yaşında lisey şagirdiykən anasıyla birlikdə İordaniyaya getmək məcburiyyətində qalmışdı. Liseyi bitirdikdən sonra özəl universitetdə qrafika dizayneri təhsili alan Mərvə Heydər atasının maddi vəziyyətinin pozulması ilə təhsilini 3-cü kursda yarıda qoymalı olub. Anasına baxmaq, dolanışıqlarını təmin etmək üçün müxtəlif işlərdə çalışıb. Həm də qrafika rəsimləri çəkməyə davam edib.

Ata və qızı bu müddətdə görüşməyə nə qədər cəhd etsələr də, hər səfər qarşıya çıxan maneələr üzündən bir araya gələ bilmirdilər.

Türkiyədə yaşayan Ammar Heydər ilə Livanda olan qızı Mərvə aradan keçən 12 ildən sonra İstanbulda qovuşublar.

Heydər ailəsi artıq bir-birindən ayrılmadan Türkiyədə bir yerdə yaşamaq istəyir. Mərvə İordaniyaya dönmək istəmədiyini və atasıyla Türkiyədə yaşamaq üçün səlahiyyətlilərdən kömək gözlədiyini bildirib.

Gununsesi.info