Təcavüzə məruz qalan iki qızın atası məhkəmə zalında onlara tibbi prosedur adı altında təcavüz edən həkimə hücum edib.
Gununsesi.info milli.az-a istinadən xəbər verir ki, ABŞ-ın idman gimnastikası üzrə keçmiş baş həkimi Larri Nassar 175 il müddətinə azadlıqdan məhrum olunub.
O, yetkinlik yaşına çatmamışlara tibbi prosedurlar adı ilə təcavüz etməkdə təqsirləndirilir.
54 yaşlı L.Nassar ilkin olaraq 7 qıza təcavüzdə ittiham olunurdu. Lakin məhkəmədə 156 qadın və onların qohumları Nassarı zorakılıqda suçlayıb.
Təcavüzə məruz qalan qızların Randall Margraves adlı atası məhkəmə prosesi zamanı zalda “bu lənətəgəlmişlə mənə 5 dəqiqə otaqda tək qalmağa icazə verin” deyə qışqıraraq onun üzərinə hücum edib. Randalla polislər mane olublar. Onun əli, qolu qandallanaraq zaldan çıxarılıb.
Gununsesi.info