
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ata və qızını öldürməkdə təqsirləndirilən Sahib Hacıyevə hökm oxunub.
Gununsesi.info-nun verdiyi xəbərə görə, hakim Samir Əliyevin icraatında olan prosesdə S.Hacıyevi ömürlük azadlıqdan məhrum edilib.
Qeyd edək ki, S.Hacıyev qeyri-rəsmi nikah münasibətində olduğu, Abşeron rayonu Sulutəpə qəsəbəsində yaşayan 1979-cu il təvəllüdlü Samirə Əsədova və onun atası 1953-cü il təvəllüdlü Allahevrdi Əsədovu bıçaqlayaraq qətlə yetirib.
O, hadisəni törədərkən rəsmi olaraq başqa bir qadınla evli olub.
Gununsesi.info