“Atabank” ASC əmanətçilərin hüquqlarını kütləvi şəkildə pozur! - Əliməmməd Nuriyevdən ittiham

  • By admin
  • 26 Dekabr 2019 14:30

“”Atabank” ASC-in əmanətçilərindən “Şəffafflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İB-yə çoxsaylı şikayətlər daxil olur”.

Gununsesi.org-un xəbərinə görə, bu barədə insan hüquqları müdafiəçisi Əliməmməd Nuriyev bildirib. Onun sözlərinə görə, əmanətçilər bu bank tərəfindən onların depozitlərinin uzun müddətdir ki qaytarılmamasından şikayətlənirlər.

“Atabank”ın rəhbərliynin bu cür davranışı ölkədə islahatların aparıldığı indiki mərhələdə banklara etimada zərər gətirə bilər. Hesab edirik ki, Mərkəzi Bank və digər müvafiq dövlət qurumları tərəfindən indi bu məsələyə müdaxilə edilməli və problemin əmanətçilərin narazılığına gətirib çıxarmasına imkan verilməməlidirlər”.

Günay Təhməzova

Gununsesi.org