Atadan oğula dəstək -Fotolar

  • By ilhame
  • 20 Aprel 2024 22:50

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Premyer Liqasında XXXI turun ikinci oyununda “Neftçi” “Zirə”nin qonağı olub. Qarşılaşma “Zirə”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Gununsesi.info xəbər verir ki, oyunda azarkeşlər sırasında əyləşən “Zirə”nin 16 nömrəli oyunçusu Fuad Bayramovun atası maraqlı plakatı ilə diqqət çəkib.

 

Belə ki, futbolçunun atası, – “Oğlum, Fuad, qol vur, atan sevinsin”, – yazılı pankart açıb.

 

Qeyd edək ki, oyunda bir qolu Fuad Bayramov rəqib komandanın qapısından keçirib.