“Atam 7 yaşım olanda məni zorlamaq istədi” - MƏŞHUR REJİSSORUN QIZI

  • By admin
  • 31 Yanvar 2018 16:42

Amerikalı rejissor Vudi Allenin ögey qızı Dilan Ferrou müzakirələrə səbəb olan açıqlama verib. 

Gununsesi.info “qafqazinfo”ya istinadən xəbər verir ki, 32 yaşlı Ferrou illər əvvəl yaşanan hadisəni yenidən gündəmə gətirib.

O, “Atam 7 yaşım olanda məni zorlamaq istədi. İllər sonra bu məsələni qabartdım. Onunla bağlı bir ölçü götürülmədi”- deyib.

Sözügedən açıqlamadan sonra 82 yaşlı rejissorun yeni çəkdiyi “Rainy day in New -York” filminin sponsoru olan Amazon şirkəti layihədən geri çəkilib.

Bundan əlavə, filmin çəkilişlərinin başa çatması və premyerasının olması sual altındadır.

Qeyd edək ki, Vudi Allen digər ögey qızı Soon-Yi Previnlə evlənib.

Gununsesi.info