“Atam deyir ki, bizi biabır edirsən…”- "ÇİÇƏK" LƏQƏBLİ ŞƏHLA

“Atam deyir ki, bizi biabır edirsən…”

“Çiçək” ləqəbli aparıcı Şəhla Vakkas anası Sevda xanımla kamera qarşısına keçib.

Gununsesi.info xəbər verir ki, onlar birlikdə “Evdəkilərə salam” verilişində qonaq olublar.

Bir vaxtlar müğənnilik edən Sevda həyat yoldaşının istəyi ilə sənəti atmasından danışıb: “Mənim indiki ağlım olsaydı heç vaxt sənətdən ayrılmazdım. Ceyran müəllimə mən ərə gedəndə dedi ki, “səni xeyir dua görməyəsən”.

Çiçək atasının qısqancılığından söz açıb: “Yeni müğənnilər çıxanda anam həmişə deyir ki, bu nədi geyiniblər? Biz elə geyinirdik… Anamdan çox şey öyrənirəm. Bura çəkilişə gələndə atam deyir, “Yenə aparırsan onu televizora? Bizi biabır edirsən. Oxumasın”. Deyirəm, ata, 60 yaşın oldu yenə qısqanırsan?”.

 

Gununsesi.info

COMMENTS