“Atam hər dəfə məni görəndə deyir ki, “Haçan?” - TOLİK

  • By admin
  • 03 Yanvar 2018 11:50

Prodüser Tarix Əliyev (Tolik) qısamüddətli ailə quran şou nümayəndələrinə atmaca atıb.

Gununsesi.info axşam.az-a istinadən xəbər verir ki, atası ilə fotosunu paylaşan prodüser yazıb:

“Atam hər dəfə məni görəndə deyir ki, “Haçan?”. Deyirəm, “Ay ata, mən şou-biznesdəki bəzi adamlar kimi 6 aylıq evlənə bilmərəm. Gedib xalam, bibim qızını alım ki, ay aman, toy elədim… Məncə, bu həyatı gərək özün kimi yaşayasan. Bəziləri kamera qarşısında özlərini elə aparır ki, adam az qalır, ətəyində namaz qılsın”.

Qeyd edək ki, Tolik qohumu ilə ailə quran əməkdar artist Abbas Bağırovla küsülüdür.

Gununsesi.info