“Atama görə mənə ölüm arzulayırlar”

  • By admin
  • 26 Aprel 2021 21:57

“Yuventus”un baş məşqçisi Andrea Pirlonun oğlu Nikkolo Pirlo atasının uğursuzluqlarına görə sosial şəbəkələrdə ona gələn tənqidlərə münasibət bildirib.

Gununsesi.info  xəbər verir ki, Nikkolo bu barədə İnstaqram hesabında məlumat yayıb.

O, özünə ünvanlanan mesajın ekran görüntüsünü paylaşıb. Mesajda yazılıb:

“Atanızla birgə ölməlisiniz”.

Nikkolo isə paylaşımını belə şərh edib: “Valideynlərim mənə öyrətdi ki, başqalarının fikirlərini dinləməyim. Amma hər şeyin bir həddi var. Artıq həmin hədd aşılıb. Mənim 17 yaşım var. Hər gün belə mesajlar gəlir. Bu, pis bir iş gördüyüm üçün yox, yalnız çalışmağı kiminsə xoşuna gəlməyən məşqçinin oğlu olduğum üçündür. Bu, mənim “günahım” və hər gün ölüm diləkləri almağımın səbəbidir. Xahiş edirəm, cavab verin, özünüzü mənim yerimə qoysaydınız, necə hiss edərdiniz?”.

Gununsesi.info