Atambayev Nazarbayevi təhdid etdi – Gərginlik

  • By admin
  • 15 Oktyabr 2017 12:40

nazarbayev-atambayev
Əgər rəsmi Astana 2-3 gün ərzində Qazaxıstan-Qırğızıstan sərhədindəki məhdudiyyətləri ortadan qaldırmasa, rəsmi Bişkek Avrasiya İttifaqının sammitini çağıracaq.

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qırğızıstan Prezidenti Almazbek Atambayev söyləyib.

“Mənim bu sammiti çağırmağa haqqım var. Əgər bu ittifaqda hamımızın hüquqları eyni deyilsə, o zaman bu ittifaq nəyə lazımdır?” – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Qazaxıstan Qırğızıstanla sərhəddə yoxlamaları artırıb. Bu isə sərhəddə böyük tıxacların yaranmasına şərait yaradıb. Atambayev bu məsələyə görə artıq Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi ittiham edib.

Gununsesi.info