“Atamın çox əziyyət çəkdiyini görürəm” - XALQ ARTİSTİNİN QIZI

  • By admin
  • 20 İyul 2016 15:11

mugenni

 

Müğənni Səidə Dadaşova aktrisalıq sevdasına düşüb.

Gununsesi.info-nun Axsam.az saytına istinadən məlumatına görə, ifaçı “5/5” verilişində rejissorları paxıl adlandırıb:

“Aktrisalıq təcrübəm var, “Qonşular” serialında çəkilmişdim. İndi dəvət etsələr razılaşaram. Amma gözü götürməyənlər çoxdur. İstedadlı, gözəgəlimli insanları hər zaman kölgədə saxlayırlar”.

S.Dadaşova atası, xalq artisti Rafael Dadaşovdan da danışıb. O, teatrda çalışmağın çətinliyindən bəhs edib:

“Atamın çox əziyyət çəkdiyini görürəm. Bu yaxınlarda teatrda premyerası oldu. Tamaşa onun 70 illik yubileyinə həsr olunmuşdu, atam baş rolda idi. Nə qədər əzablı idi. Teatrda oynamaq çox əziyyətlidir. Böyük bir məktəbdir. Seriala çəkilmək daha asandır”.

Gununsesi.info