Atamın ölümünün səbəbkarı Azərdir – Direktorun qızı

  • By admin
  • 27 Yanvar 2017 22:58

azer1

 

Atamın vəfatına səbəbkar olan Azər İsmayılovdur.

Bu sözləri Musavat.com-a açıqlamasında ATV-nin “Yoxlama” verilişinin aparıcısı Azər İsmayılovun çəkiliş apardığı 171 saylı orta məktəbin vəfat edən direktorunun qızı deyib.

Mərhum direktor Telman Qardaşovun qızı bildirib ki, Azər hər şeyə görə cavab verməlidir: “O gəlib qanunsuz şəkildə çəkiliş aparmasaydı, bunu efirə verməsəydi, atam indi sağ idi. Onu məhkəməyə verəcəyik”.

Mərhumun evindən aldığımız digər məlumata görə, dünən günorta saatlarında məktəbə 2 nəfər valideyn gəlib. Onlar mərhum direktorla mübahisə ediblər. Mübahisənin səbəbini öyrənə bilmədik. Amma məlumdur ki, o, bu mübahisədən sonra dünyasını dəyişib.

 

Gununsesi.info