Atamla görüşə bilməmişəm - ELÇİN QƏMBƏROV 330 MİN DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR

  • By admin
  • 27 İyun 2022 13:38

“Atamın həbsindən sonra qeyri-iş günləri olduğundan onunla görüşə bilməmişəm. Özü ilə söhbət etmədən nəsə danışmaq istəmirəm”.

Bunu Gununsesi.info-ya açıqlamasında bir neçə gün əvvəl həbs edilən vəkil Elçin Qəmbərovun oğlu Əli Qəmbərov söyləyib.
Özünün vəkil olduğunu vurğulayan Əli Qəmbərov atasının hüquqlarını özünün qoruyacağını deyib.

Elçin Qəmbərova dələduzluq ittihamlarına gəlincə, oğlu bu barədə məlumatsız olduğunu deyib.

Bu arada Gununsesi.info-nun araşdırması zamanı Elçin Qəmbərovun ayrı-ayrı adamlara ümumilikdə 330 mindən çox zərər vurduğu bəlli olub.

Elmar Elnuroğlu
Gununsesi.info