Atası bir neçə gün əvvəl ölmüşdü –  Özü isə...

  • By admin
  • 23 Mart 2017 21:19

Mor_M_1722606a

 

Kürdəmir rayonunda qətl törədilib.

Gununsesi.info Lent.az-a istinadən xəbər verir ki, rayonun Yenikənd kənd sakini Ədilov Namiq Abdulbağı oğlu naməlum şəxs və ya şəxslər tərəfindən küt alətlə öldürülüb.

Onun üzərində xəsarətlər olan meyiti yaşadığı evin həyətindən tapılıb. Hadisənin kim tərəfində hansı şəraitdə törədilməsi hələlik məlum deyil.

Qeyd edək ki, bir neçə gün əvvəl Namiq Ədilovun atası vəfat edib. Keçən il isə onun tanınmış biznesmen olan qardaşı Təvəkkül Ədilovun oğlu yol qəzasında faciəvi şəkildə ölmüşdü.

 

Gununsesi.info