Atasının aldığı “BMW”-ni bəyənmədiyi üçün çayda batırdı

  • By admin
  • 17 Avqust 2019 18:41

Hindistanda oğul atası tərəfindən hədiyyə edilən “BMW” markalı avtomobili çayda batırıb.

Gununsesi.org “RenTV”yə istinadən xəbər verir ki, o, “Jaguar” arzusunda olub. Bu barədə “NDTV” telekanalı məlumat yayıb.

Məlumata görə, valideynləri 22 yaşlı sevimli oğullarına 3-cü seriya model “BMW” bağışlayıblar, lakin bu hədiyyə onun ürəyincə olmayıb və o, avtomobili çaya atmaq qərarına gəlib.

Bildirilir ki, qəzəblənmiş avtomobil həvəskarı, yeni “BMW”ni çayda batan anının görüntülərini kameraya çəkib.

Avtomobili yerli sakinlər çıxarmağa cəhd göstərsələr də onlar buna nail ola bilməyiblər, nəqliyyat vasitəsi bir neçə metrə irəlilədikdən sonra batıb.

 

Namiq Musayev

 

 Gununsesi.org