Çində atası tərəfindən işgəncə edilən 4 yaşlı qız uşağı polis dəstələri tərəfindən xilas edilib.
Aldığı zərbədən gözlərini açmaqda çətinlik çəkən 4 yaşlı qız uşağı evin zirzəmisindən tapılıb. Atası ilə birlikdə yaşayan qızın tualetə zəncirləndiyi açıqlanıb.
Zərbələrdən bədəni göyərmiş qızın görüntüləri bütün ölkəni silkələyib. Həmçinin qızın bədənində bir çox siqaret izi də tapılıb.
Evlərinə qonaq gələn bir qohumları tərəfindən fotoları çəkilən bədbəxt qız tualetdə atasının paltarlarını yuyarkən tapılıb. Plastik bir ləyəndə paltarları əlləri ilə yumağa çalışan uşağın halını görən qonaq dərhal vəziyyəti polisə bildirib.
Adı açıqlanmayan atanın sərxoş olduğu və səhər evi tərk etmədən əvvəl uşağı tualetə zəncirlədiyi məlum olub.
Kamran