Atatürkə qarşı çıxan İMAMA ŞOK

  • By admin
  • 10 Avqust 2021 10:52

Türkiyənin Konya Böyük Şəhər Bələdiyyəsi moizələrində Atatürkə qarşı çıxan məşhur din xadimi və təriqət lideri Kadir Mısıroğlunun adına küçə verilməsi məsələsini gündəlikdən çıxarıb.

Gununsesi.info “Sözcü”yə istinadla xəbər verir ki, müxalifət düşərgəsinin sərt təpkilərindən sonra Kadir Mısıroğlunun Konyada adına küçə verilməsi məsələsinə “veto” qoyulub. Onun adına küçə verilməsi məsələsini isə tərəfdarları gündəmə gətirib və şəhər bələdiyyəsinə din qarşısındakı xidmətlərinə görə adına küçə verilməsi məsələsi qabardılıb. Qərar şəhər bələdiyyəsinin avqust ayı üzrə ilk iclasında səsləndirilib.

Şəhər bələdiyyəsi cümhuriyyətə və onun qurucusuna qarşı çıxanların adına küçə verməklə deyil, vətən üçün daha yaxşı xidmət etməklə yaddaşlarda qalmaq istəyirik – bəyanatını verib.

Qeyd edək ki, Kadır Mısıroğlu çıxışlarında Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə qarşı qeyri-etik ifadələrə yol verib.