Atatürk aeroportunda incident- İki nəfər tutuldu

  • By admin
  • 06 Noyabr 2016 11:58

hava limani

 

İstanbulun Atatürk Hava Limanında atışma baş verib. 

Gununsesi.info xəbər verir ki, gecə saatlarında baş verən insident nəticəsində yollar  müəyyən müddətə bağlanıb.

Motosikletlə hərəkətdə olan iki şəxs polisin dayanmaq əmrinə tabe olmayıb. Asayiş keşikçilərinin açdığı atəş nəticəsində bir nəfərin yaralandığı bildirilir. Hər iki şəxs saxlanılıb, onların üzərində silah və ya partladıcı qurğu aşkarlanmayıb.

Hazırda aeroporta aparan yollar açılıb, binaya giriş-çıxış bərpa olunub.

 

Gununsesi.info