
Türkiyədə Sinop Respublika Prokurorluğu tərəfindən Fətullahçı Terror Təşkilatı (FETÖ) və “Paralel dövlət” (PYD) qruplaşması ilə bağlı aparılan istintaq nəticəsində Atatürk Dövlət Xəstəxanasının baş həkimi Ercan Yarar ilə həyat yoldaşı saxlanılıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sinop Prokurorluğu FETÖ/PYD ilə bağlı aparılan istintaq tədbirləri nəticəsində artıq Ercan Yarar və onun həyat yoldaşı nəzarətə götürülüb.
Belə ki, Sinop Prokurorluğu Terror və Mütəşəkkil Cinayətlər Bürosu tərəfindən Ercan Yarar və onun həyat yoldaşının evi də nəzarətə götürülüb.
Anar
Gununsesi.info