Atatürkün büstünə hücum edən şəxs həbs edilib

  • By Admin2
  • 10 Dekabr 2024 13:52

Mersinin Akdeniz rayonunda muhtarlıq binası qarşısındakı Atatürk büstünü zədələdiyi üçün saxlanılan şəxs həbs edilib.

Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, Mersin İl Polis İdarəsindən verilən məlumata görə, dekabrın 8-də Akdeniz mahalının Çankaya rayonunda  Atatürk büstünü  zədələdiyi üçün tutulan şəxsin polis əməliyyatları tamamlanıb.

Ədliyyəyə sövq edilən şübhəli növbətçi hakim tərəfindən həbs edilib.

 

Orxan Saffari

Gununsesi.info