Atatürkün mirası olan Savarona gəmisi restavrasiya olunub. Milli Müdafiə Nazirliyinin sosial media hesabında etdiyi paylaşımda Savarona gəmisinin dənizə yola çıxmasının fotoşəkilləri yer alıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dəniz Qüvvələri Komandiri Admiral Ərcüment Tatlıoğlu Atatürkün mirası olan TCG SAVARONANI yoxlayıb və təcrübə edib.
Mustafa Kamal Atatürkün son günlərini keçirdiyi “Savarona” gəmisinin hərtərəfli təmiri İstanbul Gəmiqayırma Zavodunun komandanlığı tərəfindən həyata keçirilib.
Milli Müdafiə Nazirliyinin sosial media hesabında da bu barədə paylaşım edilib. Paylaşımda “Baş Komandanımız Qazi Mustafa Kamal Atatürkün mirası olan Savarona gəmisi İstanbul Gəmiqayırma Komandirliyimizdə hərtərəfli təmir olunub. Dəniz Qüvvələri Komandiri Admiral Ərcüment Tatlıoğlu da TCG Savaronada yoxlama və yoxlamalar apardı”,- deyə ifadələr də yer almışdır.
Günel
Gununsesi.info