Atatürkün vətənində 2300 illik şəhər tapıldı

Atatürkün vətənində 2300 illik şəhər tapıldı


Salonikidə metro tikintisi zamanı yüzminlərlə arxeoloji tapıntı və qədim şəhər aşkar edilib.

Gununsesi.info xəbər verir ki, metro tikintisinin 2006-cı ildə başlamasına baxmayaraq, böyük miqdarda arxeoloji tapıntılar ucbatından təxirə salınmışdı. 2012-ci ildə metronun əsas xəttində aparılan işlər zamanı bizim eradan əvvəl mövcud olan şəhərin bir hissəsi aşkar edilmişdi.

Arxeoloqların fikrincə, şəhər iqtisadi cəhətdən güclü, sosial-siyasi strukturları inkişaf etmiş olub. Şəhərin eradan əvvəl 315-ci ildə, Saloniki şəhərinin Makedoniya hökmdarı Kassandr tərəfindən əsası qoyularkən tərk edildiyi ehtimal edilir.

Qeyd edək ki, Saloniki (Selanik) 1430-cu ildə Sultan II Murad tərəfindən fəth edilib və 500 ilə yaxın müddət ərzində Osmanlı şəhəri olaraq qalıb.

Şəhər Balkan müharibəsindən sonra – 1912-ci ildə Yunanıstanın nəzarətinə keçib.

Mustafa Kamal Atatürk bu şəhərdə doğulub.

Gununsesi.info

COMMENTS