Ateistlər Donald Trampı məhkəməyə verib - PREZİDENT KONSTİTUSİYANI POZMAQDA İTTİHAM OLUNUR

  • By admin
  • 08 May 2017 18:17

tramp

Amerikanın “Azadlıq və din” ateist təşkilatı Prezident Donald Trampı məhkəməyə verib.

Gununsesi.info-nun life.ru-ya istinadən verdiyi xəbərə görə, onlar prezidenti ABŞ Konstitusiyasını pozmaqda ittiham edirlər.

Məlumatlara görə, Trampın ABŞ-da dini azadlığı müdafiə etməsi ateistlərin qəzəbinə səbəb olub. Bu, prezident seçildiyindən sonra Trampa qarşı qaldırılan 134-cü məhkəmə iddiasıdır.

Nəzərinizə çatdıraq ki, “Azadlıq və din” 1978-ci ildə yaradılıb və ABŞ-ın ən böyük ateist təşkilatı hesab olunur.

Gununsesi.info