Azərbaycanda növbədənkənar prezident seçkilərini müşahidə edən ATƏT-in Müşahidə Missiyası seçkinin yekunlarına dair ilkin hesabatını açıqlayıb.
Gununsesi.info-nun xəbərinə görə, bununla bağlı təşkil olunan brifinqdə ATƏT-in koordinatoru Artur Gerasimov, ATƏT PA-nın deputat qrupunub rəhbəri Danielq De Ridder və qurumunun Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun təmsilçisi Eofan Mörfi seçkilərlə bağlı mövqeyini açıqlayıb.
Hesabatda Azərbaycanın son 30 illik tarixində ilk dəfə olaraq özünün suveren ərazisində seçki keçirdiyini vurğulayan hesabat müəllifləri prosesin sakit və qalmaqalsız keçirildiyini vurğulayıb.
“İlk dəfə olaraq Azərbaycanın beynəlxalq hüquqla tanınan bütün suveren ərazilərində keçirilib” deyən bildirib ki, seçkinin təşkili və hazırlığı yüksək səviyyədə olub:
“Ancaq buna baxmayaraq bu seçkilər tənqidi səslərin boğulması, həmçinin alternativlərin olmaması ilə yadda qaldı” .
Hesabatda bildirilir ki, konstitusiya əsəs azadlıqlara təminat versə də lakin qanunvericilikdə bir sıra məhdudiyyətlərin olması diqqəti cəlb edib:
Məruzəçilər, həmçinin qeyd edib ki, seçki prosesində diqqətini çəkən məqamlardan biri də digər namizədlərin İlham Əliyevə qarşı rəqib rolunu oynaya bilməməsi olub:
“İlham Əliyevin rəqibləri çıxışlarında bunu ifadə edə bilmədilər. Onlar müəyyən siyasi islahatların zəruriliyini vurğulasalar da ciddi rəqib rolunu oynaya bilməyiblər” .
Müşahidə Missiyasının ATƏT PA-dan olan qrupunun rəhbəri Daniella De Ridder bildirib ki, Mərkəzi Seçki Komissiyasının nəticələrinə əsasən İlham Əliyev 93%-dan yuxarı səs alıb:
“Bu o deməkdir ki, Azərbaycan xalqı İlham Əliyevə böyük etimad göstərir. Belə olan halda yeni seçilmiş prezident ölkədə azadlıqları təmin etməlidir” .
Gununsesi.info-nun “Bu seçkilər beynəlxalq ictimai etimad qazandımı?” sualına Müşahidə Missiyasının təmsilçisi Mörfö belə cavab verib:
“Azərbaycan ATƏT ailəsinin üzvüdür. ATƏT-i dəvət edib. Biz burada seçkilərlə bağlı müşahidələr apardıq,nəticələr əldə etdik. Daha böyük dəyərləndirməmiz bir neçə ay sonra əsas hesabatda əks olunacaq.
Hesab edirəm ki, ele bu müşahidənin özü bunu göstərir ki, Azərbaycan ATƏT ailəsinin üzvü kimi burada səslənəndirəcək tövsiyyələrə əməl etməlidir”.
Pərviz Həşimli
Gununsesi.info