ATƏT-in Müşahidə Missiyasının rəhbəri: “Müşahidəçilərimizin yekun məlumatlarını gözləyirik”

  • By admin
  • 07 Fevral 2024 21:03

Gununsesi.info bildirir ki, ATƏT-in qısamüddətli müşahidəçilər missiyasının xüsusi koordinatoru və rəhbəri  Artur Gerasimov (Ukrayna) bildirib ki, hazırda ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun və Parlament Assambleyasının üç yüz  müşahidəçisi ölkənin bütün regionlarında müşahidə aparırlar.

«Aydın prinsiplərimiz, standartlarımız, prosedur qaydalarımız var. Biz seçkinin bu qaydalara uyğun keçirilib-keçirilməməsini qiymətləndiririk. Bu qaydalar 1990-cı ildə qəbul olunmuş Kopenhagen sənədində əks olunub. Eyni zamanda missiya üzvləri vətəndaş cəmiyyətinin nümayəndələri, ekspertlər, KİV nümayəndələrilə görüşlər keçirirlər. Biz  seçkinin hansı kontekstdə keçirilməsilə bağlı təsəvvür formalaşdırmışıq”, – o deyib.

Bütün müşahidəçilər müşahidələrin nəticəsi olaraq onlara təqdim edilmiş hesabatı doldurub təqdim edəcək və bu əsasda yekun rəy formalaşdıracaqlar, Gerasimov əlavə edib.

“Jurnalsitlərin həbs olunduğu şəraitdə azad seçki keçirmək nə qədər adekvatdır? sualına cavabda Gerasimov deyib ki, uzunmüddətli müşahidəçilər ölkədə fəaliyyətdədir. “Yekun hesabat dərc olunanda bu məsələlərin orada necə əks olunduğunu görəcəksiniz”, – o deyib.

Daniela De Ridder isə deyib ki, onun özü də əvvəllər jurnalist olub. “Ona görə mən çox yaxşı bilirəm ki, azad mətbuat nə qədər önəmlidir”.

Gununsesi.info