ATƏT Müşahidə Missiyası: Əliyevin rəqibləri alternativ rolu oynaya bilmədi - FAZİL MUSTAFA İSƏ DEYİR Kİ...

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyası (SMM) növbədənkənar prezident seçkiləri ilə bağlı ilkin mövqeyini açıqlayıb.

Gununsesi.info-nun xəbərinə görə, ilkin açıqlamada deyilir ki, İlham Əliyevin rəqibləri proses dövründə ona alternativ fikirlər səsləndirməyib.

Eyni fikirlər Norveçin Helsinki Komitəsi tərəfindən də ifadə olunub.

Həmin açıqlamalarda bildirilib ki, İlham Əliyevin rəqibləri seçkidə alternativ mövqe ifadə edə bilməyib.

Bu iddialarla bağlı prezidentliyə namizədlərdən Fazil Mustafa Gununsesi.info-ya açıqlamasında bunları deyib:

“Bu seçkidə biz müxalifət partiyaları kimi çıxış etmişik. Müxalifətçiliyi onlar müəyyən edirlərsə o zaman bu anlayışa görə müxalifətçilik olmur. Bizim proqramımız tamamilə alternativ, yeni proqramdır. Hakimiyyətin tam mövqelərini fərdli bir baxış ortaya qoyan cəmiyyətin dəyişimini istəyən bir mövqedir.

Biz öz tənqid və fikirlərimizi  dəfələrlə parlamentdədə gündəmə gətiririk.

Ona görə də bu məsələyə önyarqılı yanaşmaq yanlışdır. Norveç sevdiyi müxalifətin görmədiyini deyə bilərsə bu artıq tamam başqa bir məsələdir.

Lakin müxalifətin olmadığını demək bu artıq qərəzli mövqedədir.

Beynəlxalq təşkilatlar da bircins deyil. Müəyyən beynəlxalq təşkilatlar var ki, onlar Azərbaycanda keçirilən seçkilərdə iştirak edib və müsbət rəylərini də bidiriblər.

Bəzi beynəlxalq təşkilatlar var ki, onlar ümumiyyətlə Azərbaycana erməni məsələsi kontekstindən yanaşırlar”.

 

 

Gununsesi.info