ATƏT rəsmisi: “Kəlbəcərin seçki məntəqələrində nümunəvi seçki təşkil olunub”

  • By admin
  • 13 Fevral 2024 13:54

Azərbaycanda 7 fevral növbədənkənar prezident seçkilərini müşahidə edən ATƏT-in  Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Müşahidə Missiyasının rəhbəri Eofan Mörfi seçki nəticələrinə dair mətbuat konfansında jurnalistlərin “niyə məhz nöqsanları görmüsünüz?” sualına cavab verib.

Gununsesi.info-nun tədbirdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, ATƏT rəsmisi seçkilərin nümunəvi keçirildiyi  məntəqələrin olduğunu deyib.

Eofan Mörfi bildirib ki, 123 saylı Kəlbəcər seçki dairəsinə məxsus məntəqələrdə seçkinin yüksək səviyyədə təşkilinin şahidi olub. “Mən həmin məntəqələrinin birində seçki prosesinin yüksək səviyyədə təşkil olunduğunun şahidi oldum. Orada müşahidəçilər üçün hərtərəfli şərait yaradılmışdı. Hər kəs sərbəst formada gəlib iradəsini ifadə edirdi. Təbii ki, bu, yaxşı haldır. Biz yaxşı halları da vurğulayırıq. Orada hər hansı bir pozuntu olmadı. Bu məntəqədə nümunəvi seçki təşkil olundu”.

 

Pərviz

Gununsesi.info