ATƏT sədrinin Azərbaycana səfəri təxirə salındı

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin Azərbaycana səfəri təxirə salınıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə Report məlumat yayıb.

Qeyd olunub ki, Elina Valtonenin oktyabrın 13-15-i üçün Cənubi Qafqaza nəzərdə tutulan regional səfəri çərçivəsində Azərbaycana gəlməsi nəzərdə tutulmuşdu.

ATƏT-in fəaliyyətdə olan sədri oktyabrın 14-də Ermənistana səfər edib, sabah isə o, Gürcüstana gedəcək.

 

Gununsesi.info