Atışma və bıçaqlı hücum nəticəsində 7 nəfərin öldüyü təsdiqləndi

Təl-Əvivdə atışma və bıçaqlı hücum nəticəsində 7 nəfərin öldüyünü təsdiqlənib.

Gununsesi.info  xarici mediaya istinadən xəbər verir ki, silahlı şəxsin Yaffa bölgəsində ictimaiyyət nümayəndələrinə atəş açması nəticəsində bir neçə nəfər yaralanıb, bəzilərin vəziyyəti isə ağırdır. Yerli polisin açıqlamasında deyilir ki, ölümcül hücum bir vaqonda başlayıb və platformada davam edib.

Qeyd edək ki, polis silahlı şəxs və bıçaqla silahlanmış digər hücumçunun ictimaiyyət nümayəndələri tərəfindən “zərərsizləşdirildiyini” bildirib və hadisənin motivi “terror” adlandırıb.

Orxan Saffari

Gununsesi.info