Atla selfi çəkdirmək istəyən azyaşlı ağır xəsarət aldı – Lerikdə

  • By admin
  • 19 İyul 2017 21:05

tecili-yardim-1
Lerikdə atla selfi çəkdirmək istəyən azyaşlı ağır xəsarət alıb.

APA-nın verdiyi məlumata görə, hadisə Lerikdə istirahət mərkəzlərinin birində qeydə alınıb.

Təqribən 2-3 yaşlarına Huseynov Kənan Anar oğlu atla şəkil çəkmək istəyərkən at onu sinəsindən dişləyib.

Yaralı dərhal Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Vəziyyəti orta ağırdır.

Gununsesi.info