
“Rio-2016” XV Yay Paralimpiya Oyunlarının beşinci günündə – sentyabrın 12-də atletika komandamız 4×100 metr məsafəyə estafet qaçış yarışlarına qatılmayıb.
Azərbaycan Milli Paralimpiya Komitəsindən Gununsesi.info-ya bildiriblər ki, buna Rio Paralimpiadasının gümüş mükafatçısı Kamil Əliyevin uzunluğa tullanma zamanı aldığı zədə səbəb olub. Bu səbəbdən həkimlər Kamil Əliyevin yarışda iştirak etməsinə icazə verməyiblər.
Gununsesi.info